Modern.az

Ermənistan orbitə ən azı üç peyk buraxacaq – Paşinyan

Ermənistan orbitə ən azı üç peyk buraxacaq – Paşinyan

Dünya

Bu gün, 17:28

Ermənistan yaxın illərdə orbitə ən azı üç peyk buraxmağı planlaşdırır.

Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Parisdə keçirilən Beynəlxalq Kosmik Sammitdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, peyklərdən ikisi Yerin müşahidəsi, biri isə telekommunikasiya məqsədləri üçün istifadə olunacaq.

Paşinyan bildirib ki, paralel olaraq peyklərin idarə edilməsi, məlumatların qəbulu, emalı və təhlili üçün yerüstü infrastruktur və daxili imkanlar yaradılacaq.

“Biz yalnız Ermənistanın ehtiyaclarına xidmət etməyəcək, həm də beynəlxalq kosmik missiyalara dəstək göstərəcək paylanmış yerüstü stansiyalar şəbəkəsi yaratmağı planlaşdırırıq”, – Baş nazir qeyd edib.

O əlavə edib ki, Ermənistan hökumətinin 2026–2031-ci illər üzrə proqramında milli kosmik imkanların inkişafı ayrıca strateji məqsəd kimi müəyyənləşdirilib.

Qeyd edək ki, Ermənistan ilk peyki “ARMSAT-1”i 2022-ci ildə orbitə çıxarıb. Bir il sonra isə erməni mütəxəssislər tərəfindən yığılan və sınaqdan keçirilən “HAYASAT-1” peyki buraxılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...