Modern.az

 Ölkəni görün nəyə çeviriblər - Lukaşenko

 Ölkəni görün nəyə çeviriblər - Lukaşenko

Dünya

Bu gün, 22:01

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə qumar oyunlarının reklamlarının geniş yayılmasından narazılığını bildirib.

Modern.az xəbər verir ki, o, qumar oyunlarının reklamlarının artması səbəbindən ölkənin kazinoya çevrildiyini deyib.

Prezident əmurları bu sahədə qayda yaratmağa çağırıb.

“Ölkədə nə baş verir? Hamı qumar oynayır. Ölkəmiz kazinoya çevrilib”, – deyə Lukaşenko vurğulayıb.

Belarus lideri vəziyyətin hətta ailəsinə də təsir etdiyini diqqətə çatdırıb.

“Ailəm hər gün məni bu məsələ ilə bağlı tənqid edir. Ölkədə baş verənlərə diqqət yetirməyim üçün mənə təzyiq göstərirlər”, – deyə Lukaşenko bildirib.

Prezident məmurlara internetdə yayılan kazino reklamlarını yoxlamağı və onların geniş yayılmasına diqqət yetirməyi tapşırıb.

O, həmçinin ölkənin qumar sənayesində qayda-qanun yaradılması barədə göstəriş verib.

(Globalinfo)

Whatsapp
Bizə yazın!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...