ABŞ Prezidenti Donald Tramp İranla müharibənin noyabr ayında keçiriləcək seçkilərdən dərhal sonra başa çatmalı olduğunu bildirib. O, müharibənin seçkilərə qədər də bitə biləcəyini istisna etməyib.
Modern.az xəbər verir ki, Tramp bu barədə “Fox News”a müsahibəsində danışıb.
ABŞ lideri İranın hər zaman raket atmaq imkanına malik olduğunu deyib. Onun sözlərinə görə, İranın kifayət qədər raketi var və ölkənin həmişə müəyyən sayda raketi olacaq.
Tramp həmçinin ABŞ-ın Hörmüz boğazına nəzarət etdiklərini bildirib.
“Mən onu “Tramp boğazı” adlandırıram. Biz “Tramp boğazı”na nəzarət edirik”, - deyə ABŞ Prezidenti vurğulayıb.