Modern.az

Rusiya bu ölkəyə nüvə silahını tuşlayacaq 

Rusiya bu ölkəyə nüvə silahını tuşlayacaq 

Dünya

Bu gün, 11:52

Litva ərazisində nüvə silahının yerləşdirilməsinə qoyulan qadağanın ləğv edilməsi ilə bağlı müzakirələr Rusiyanın sərt reaksiyasına səbəb olub.

Modern.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Litvanın bu istiqamətdə mümkün qərarının gərginliyin yeni mərhələyə keçməsinə səbəb olacağını bildirib.

Onun sözlərinə görə, Litva ərazisində nüvə silahının yerləşdirilməsi ciddi eskalasiya yaradacaq.

“Litva hakimiyyətinin ölkə ərazisində nüvə silahının yerləşdirilməsinə qoyulan qadağanın ləğvini müzakirə etməsi gərginliyin yeni mərhələsinə gətirib çıxaracaq. Bunu əvvəlcədən proqnozlaşdırmaq mümkün idi. Bu, gərginliyin eskalasiyası baxımından çox ciddi addım olacaq”, – Peskov deyib.

Kremlin sözçüsü bildirib ki, hər hansı ölkə öz ərazisində nüvə silahı yerləşdirirsə, həmin silahın kiməsə qarşı yönəldilməsi nəzərdə tutulur.

“Bu silah Qərbə yönəldilməyəcək. O, Şərqə – yəni bizə tərəf yönəldiləcək. Əgər bizim ərazimizə tuşlanmış nüvə silahı həmin ölkənin ərazisində yerləşdirilərsə, o zaman həmin ölkənin ərazisi də bizim nüvə silahlarımızın hədəfinə çevriləcək”, – deyə Peskov vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?