Modern.az

Paşinyan türk dövlətləri ilə dostlaşır

Paşinyan türk dövlətləri ilə dostlaşır

Dünya

11 Sentyabr 2026, 12:11

Ermənistanın baş naziri Nikol Paşinyan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə telefon danışığı aparıb.

Modern.az xəbər verir ki, telefon danışığı zamanı Ermənistan-Özbəkistan münasibətlərinin inkişaf etdirilməsi və ikitərəfli gündəmdə olan məsələlər müzakirə olunub.

Tərəflər iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində ardıcıl addımların atılmasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Ermənistan son dövrdə Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişaf etdirilməsinə daha çox diqqət yetirir. Paşinyan yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevlə Bişkekdə görüş keçirib, ötən ay isə Qazaxıstan lideri Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb. O eyni zamanda Qırğızıstan lideri Sadır Japarovla da görüşüb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıya hücumlar artır - Türkiyə nəyi gözləyir?