Modern.az

“Twitter”in baş direktoru istefa verib

“Twitter”in baş direktoru istefa verib

Dünya

12 İyun 2015, 13:11



Dünyanın ən populyar sosial şəbəkələrindən olan “Twitter”in baş direktoru Dik Kostolo vəzifəsindən gedir. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, o, iyulun 1-dən artıq baş direktor olmayacaq. Bununla belə, Kostolo şirkətin direktorlar şurasındakı yerini saxlayacaq. “Twitter” miktobloqunun müvəqqəti baş direktoru vəzifəsinə Cek Dorsinin gətiriləcəyi də artıq məlumdur.

“Twitter” 2006-cı ildə ABŞ-ın Kaliforniya ştatında yerlələşən San-Fransisko şəhərində təsis olunub. 2009-cu ilin sentyabrında şirkətə gələn Dik Kostolo öncə əməliyyat direktoru, 2010-cu ildə isə şirkətin öncəki rəhbəri Yeva Uilyamsın gedişindən sonra baş direktor seçilmişdi.    

Vüqar İsmayılov
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!