Modern.az

Baş nazir gizli əməliyyat olunub

Baş nazir gizli əməliyyat olunub

Dünya

2 İyul 2015, 12:17



İsrailin baş naziri Binyamin Netanyahunun keçən il səhhətindəki problem səbəbindən ictimaiyyətdən gizli bir əməliyyatı keçirdiyi ortaya çıxıb. Modern.az bildirir ki, “Haaretz” qəzetinin xəbərinə görə, Netanyahunun prostatında bəd xassəli bir şiş aşkarlanıb.

Baş nazir Təl-Əvivin şərqindəki Tibb Mərkəzində sirr kimi saxlanılan bir əməliyyat keçirib. Xəstəxanaya bir dəfə əməliyyat, bir dəfə də müayinə üçün gedən Netanyahu gizliliyə böyük əhəmiyyət verib.

Netanyahunun səhhətindəki problemi sonuncu dəfə mayın 21-də ictimaiyyətə açıqlanan sağlamlıq hesabatlarında da əks olunmayıb..

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!