Modern.az

Məktəbə gedən üç qızın üstünə “kislota” tökdülər

Məktəbə gedən üç qızın üstünə “kislota” tökdülər

Dünya

6 İyul 2015, 09:22

Yaşları 16-dan 18-ə qədər olan üç qız məktəbə gedərkən motosikletlə hərəkət edən naməlum kişilər onları üstünə turşu töküblər. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, hadisə Əfqanıstanın şərqindəki Xerat şəhərində qeydə alınıb.

Məktəblilər indi xəstəxanadadırlar. Onlardan ikisi ağır yanıq xəsarəti aldığından vəziyyətləri kritikdir. Yerli sakinlər deyiblər ki, qızlar məktəbə getdikləri üçün cəzalandırılıblar. Polis hücum edən şəxsləri axtarır.

2001-ci ildə “Taliban” rejimi devrilənə qədər əfqan qadınlarının işləmək və təhsil almaq hüququ oplmayıb. Ölkədəki radikal hərəkatlar indi də bu iddiadadırlar.

Modern.az
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər