Modern.az

Raket atıldı, qalıqları Məkkə və Mədinəyə düşdü

Raket atıldı, qalıqları Məkkə və Mədinəyə düşdü

Dünya

Bu gün, 02:14

Husilər tərəfindən atılan və Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələrinin ələ keçirdiyi iki ballistik raketin qalıqları krallığın qərb hissəsindəki müsəlmanların müqəddəs şəhərləri olan Məkkə və Mədinə yaxınlığına düşüb.

Modern.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, vurulan raketlərin qalıqları Məkkə, Ciddə, Taif və Rabiq də daxil olmaqla, bir neçə əraziyə düşüb.

Hakimiyyət orqanları bu cür hücumlar üçün bütün lazımi təhlükəsizlik tədbirlərinin görüldüyünü açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Zelenski tarix açıqladı - Müharibə dayandırılır? - Gündəm Masada