Modern.az

"Ağ Ev Səddam Hüseynin restoranına çevrilib" - Obama

"Ağ Ev Səddam Hüseynin restoranına çevrilib" - Obama

Dünya

Bu gün, 14:03

ABŞ-ın keçmiş prezidenti Barak Obama Ağ Evin “Səddam Hüseynin restoranına” çevrildiyini deyib.

Modern.az xəbər verir ki, bu barədə Obama Ohayo ştatında Demokratlar Partiyasına dəstək mitinqində çıxışı zamanı danışıb. O, hazırkı prezident Donald Trampın Ağ Evi “Səddam Hüseynin restoranına” çevirdiyini bildirib:

“Bilmirəm, fikir vermisiniz, ya yox, amma görünür, o, Ağ Evin təmirinə çox böyük həvəs göstərir. Hər yerdə qızıl var. O, Ağ Evi elə bir yerə çevirib ki, sanki Səddam Hüseyn burada restoran açıb”.

Obama həmçinin Trampı Ağ Evdə bal zalının və helikopter meydançasının tikintisinə amerikalıların həyat səviyyəsinin yaxşılaşdırılması məsələsindən daha çox diqqət ayırdığına görə tənqid edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zelenski tarix açıqladı - Müharibə dayandırılır? - Gündəm Masada