Modern.az

Navainin konserti təxirə salındı

Navainin konserti təxirə salındı

Dünya

Bu gün, 14:46

Azərbaycan əsilli repçi Navainin oktyabrın 22-nə planlaşdırılan konserti baş tutmayıb.

Modern.az xəbər verir ki, repçi oktyabrın 22-də Moskvadakı VK Stadium-da konserti keçirilməli idi. Lakin tədbir noyabrın 8-nə təxirə salınıb.

Daha əvvəl məkanın saytında oktyabrın 22-nə planlaşdırılan konsertə biletlərin satışının dayandırıldığı bildirilmişdi.

Qeyd edək ki, oktyabrın 14-də repçi Navai Qazaxıstan ərazisinə daxil olarkən saxlanılıb. Onun avtomobilində narkotik maddələr aşkar edilib. Daha sonra sənətçi barəsində cinayət işinə xitam verildiyi məlum olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Zelenski tarix açıqladı - Müharibə dayandırılır? - Gündəm Masada