Modern.az

Hörmüzdə gəmi qanadlı raketlə vuruldu

Hörmüzdə gəmi qanadlı raketlə vuruldu

Dünya

Bu gün, 19:02

Hörmüz boğazından keçən gəmi qanadlı raketlə vurulub.

Modern.az bu barədə "Fars" agentliyinə istinadən xəbər verir.

"İlkin məlumatlar Hörmüz boğazında partlayış barədə xəbər verir. Bu partlayış gəmi əleyhinə qanadlı raketin atılması nəticəsində baş verib", - agentlik "BeamTracker Military OSINT"dən sitat gətirib.

Xatırladaq ki, İran tərəfi neft tankerlərinin Hörmüz boğazında minaya düşdüyünü, Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) isə gəmilərin naməlum mərmi ilə vurulduğunu iddia edir. Lakin "Fars" agentliyinin dərc etdiyi insidentlə bağlı UKMTO hələ məlumat yaymayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ EFİR! Ümit Özdağın müşaviri canlıda - Bakıya səfərin detalları