Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanı istiqamətində növbəti raket hücumları həyata keçiriblər.
Modern.az xəbər verir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya ölkənin cənub bölgəsinə yönəlmiş 10 ballistik raketin havada məhv edildiyini açıqlayıb.
Koalisiyanın sözçüsü Turki əl-Maliki bildirib ki, hücumlar zamanı hava hücumundan müdafiə sistemləri işə salınıb.
Bundan əvvəl paytaxt Ər-Riyad və digər bölgələr istiqamətində də raket və pilotsuz uçuş aparatları göndərildiyi açıqlanmışdı.
Gərginlik fonunda Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanının iki terminalında uçuşlar bərpa edilib. Bununla belə, husilər hava limanının təhlükəsiz olmadığını bəyan ediblər.
Regionda hərbi qarşıdurmanın genişlənməsi beynəlxalq aviasiya və enerji daşımaları ilə bağlı narahatlıqları artırır