İran hakimiyyəti Yaxın Şərqdə xarici hərbi qüvvələrin mövcudluğuna qarşı çıxaraq, regionun təhlükəsizliyinin yerli dövlətlər tərəfindən təmin edilməli olduğunu bəyan edib.
Modern.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi regionda davamlı sülhün əldə olunması üçün xarici hərbi mövcudluğa son qoyulmasının vacibliyini bildirib.
Nazir qeyd edib ki, Tehran təhlükəsizliyin təmin olunması istiqamətində regional əməkdaşlığa və diplomatik dialoqa hazırdır.
Əraqçi həmçinin Hörmüz boğazındakı vəziyyətin müharibədən əvvəlki dövrə qayıtmayacağını vurğulayıb.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf isə Vaşinqtonun İrana qarşı siyasətini tənqid edərək, ABŞ-ın münaqişə ilə bağlı hesablamalarında səhvə yol verdiyini söyləyib.
Tehran rəsmiləri yeni hərbi təhdidlərin İranın mövqeyini dəyişməyəcəyini bildirirlər.