Modern.az

Türkiyə ilə Qətər Hörmüz boğazını müzakirə etdi

Türkiyə ilə Qətər Hörmüz boğazını müzakirə etdi

Dünya

Bu gün, 22:29

Türkiyənin xarici işlər naziri Hakan Fidan və Qətərin Baş naziri, xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani arasında telefon danışığı olub.

Modern.az xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər ikitərəfli münasibətlərlə yanaşı, Yaxın Şərqdə təhlükəsizlik vəziyyətini və diplomatik danışıqların perspektivlərini müzakirə ediblər.

Görüşdə xüsusilə regionda gərginliyin azaldılması, dəniz nəqliyyatının təhlükəsizliyinin təmin olunması və davamlı sülh razılaşmasının əldə edilməsi məsələləri diqqət mərkəzində olub.

Qətər rəsmisi ölkəsinin dənizdə sərbəst hərəkəti təmin edəcək və regionda uzunmüddətli sabitliyə şərait yaradacaq diplomatik təşəbbüsləri dəstəklədiyini vurğulayıb.

Danışıqlar ABŞ və İran arasında gərginliyin yenidən artdığı bir dövrə təsadüf edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ EFİR! Ümit Özdağın müşaviri canlıda - Bakıya səfərin detalları