Modern.az

Braziliyada taleyüklü seçki – Trampın müttəfiqi prezident ola bilər

Braziliyada taleyüklü seçki – Trampın müttəfiqi prezident ola bilər

Dünya

Bu gün, 22:44

Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir.

Modern.az xəbər verir ki, prezident postu uğrunda hazırkı dövlət başçısı Luiz İnasio Lula da Silva və keçmiş prezident Jair Bolsonaronun oğlu, senator Flavio Bolsonaro mübarizə aparırlar.

"Associated Press" agentliyinin məlumatına görə, seçkilərdə təxminən 160 milyon vətəndaşın səsvermə hüququ var.

Oktyabrın 4-də keçirilən birinci turda Flavio Bolsonaro rəqibini 2,2 milyon səsdən çox fərqlə qabaqlayıb. Lakin namizədlərdən heç biri qələbə üçün tələb olunan səs çoxluğunu qazana bilməyib.

ABŞ Prezidenti Donald Trampın siyasi müttəfiqi hesab olunan Flavio Bolsonaronun qələbəsi Braziliyanın xarici siyasətində Vaşinqtonla yaxınlaşmanı gücləndirə bilər.

Lula da Silva isə sosial proqramların davam etdirilməsini və ölkənin mövcud siyasi kursunun qorunmasını müdafiə edir.

Seçkinin nəticələrinin səsvermə başa çatdıqdan sonra açıqlanması gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ EFİR! Ümit Özdağın müşaviri canlıda - Bakıya səfərin detalları