Modern.az

Əlcəzair qonşu ölkəyə qoşun göndərir

Əlcəzair qonşu ölkəyə qoşun göndərir

Dünya

Bu gün, 23:05

Əlcəzair parlamentinin yuxarı palatası ölkənin Nigerə hərbi qüvvələr göndərilməsi təşəbbüsünü yekdilliklə təsdiqləyib.

Modern.az xəbər verir ki, bu barədə "Al Jazeera" və "Anadolu" agentlikləri məlumat yayıb.

Bildirilib ki, qərar parlamentin yuxarı palatasının fövqəladə iclasında qəbul edilib.

Məlumata əsasən, Nigerə göndərilməsi planlaşdırılan hərbi bölmələr Əlcəzairin dövlət enerji şirkəti olan Sonatrach-ın bu ölkədəki neft layihələrinin təhlükəsizliyini təmin edəcəklər.

Hərbi kontingentin göndərilməsi üçün parlamentin aşağı palatasının da razılığı tələb olunur.

Qeyd edilir ki, qərarın tam təsdiqlənməsi Əlcəzairin xaricdə hərbi qüvvə yerləşdirməsi baxımından mühüm presedent yaradacaq.

Bu addım iki ölkə arasında son aylarda intensivləşən hərbi və iqtisadi əməkdaşlığın davamı kimi qiymətləndirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ EFİR! Ümit Özdağın müşaviri canlıda - Bakıya səfərin detalları