Əfqanıstanın Hinduquş dağlarında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 161 min nəfərin yaşadığı Kunduz şəhərindən 206 kilometr şərqdə, ocağı isə 104 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.