Serbiyada keçirilən növbədənkənar parlament seçkilərində seçici fəallığı son 30 ildən çox müddətin ən yüksək göstəricilərindən birinə çatıb.
Modern.az xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, yerli vaxtla saat 19:00-a qədər seçicilərin 67,6 faizi səsvermədə iştirak edib.
Seçkilərdə uzun müddətdir hakimiyyətdə olan Aleksandar Vuçiçin rəhbərlik etdiyi siyasi qüvvə ilə tələbə etirazlarından yaranmış hərəkat arasında gərgin mübarizə gedir.
Seçkilər 2024-cü ildə Novi Sad şəhərində baş vermiş faciədən sonra başlayan kütləvi etirazların fonunda keçirilir.
Müşahidəçilər seçkilərin nəticələrinin Serbiyanın Avropa İttifaqı və Rusiya ilə gələcək münasibətlərinə təsir göstərə biləcəyini bildirirlər.