Modern.az

Husilər Ər-Riyada hücum etdiklərini açıqlayıblar

Husilər Ər-Riyada hücum etdiklərini açıqlayıblar

Dünya

Bu gün, 01:42

Yəməndə fəaliyyət göstərən husi hərəkatı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı beynəlxalq hava limanına və hərbi obyektlərə hücumlar həyata keçirdiyini bildirib.

Modern.az xəbər verir ki, hərəkatın hərbi sözçüsü Yəhya Səriya əməliyyatların ballistik raketlərlə həyata keçirildiyini açıqlayıb.

Onun sözlərinə görə, hücumların hədəfləri arasında Kral Xalid Beynəlxalq Hava Limanı, Xamis-Muşeyt hərbi hava bazası və Cizan bölgəsindəki hərbi obyekt olub.

Səudiyyə Ərəbistanı rəsmiləri hava hücumundan müdafiə sistemlərinin raket və pilotsuz uçuş aparatlarını zərərsizləşdirdiyini bildiriblər.

Hücumların regionda təhlükəsizlik vəziyyətini daha da gərginləşdirə biləcəyi qeyd olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ EFİR! Ümit Özdağın müşaviri canlıda - Bakıya səfərin detalları