Modern.az

Paşinyanın partiyası bələdiyyə seçkilərində qalib gəldi 

Paşinyanın partiyası bələdiyyə seçkilərində qalib gəldi 

Dünya

Bu gün, 08:49

Ermənistanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb.

Modern.az xəbər verir ki, Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan yerli özünüidarəetmə orqanlarına seçkilərin ilkin nəticələrini yayıb.

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası bir sıra icmalarda yüksək səs faizi qazanıb.

Nazirin məlumatına görə, hakim partiya Artik, Meğri, Yeğeqnadzor, Vayk, Cermuk, Tsağkadzor, Martuni, Artaşat, Axuryan, İcevan, Vardenis, Dilijan, Araks, Armavir və Qarnidə liderlik edir.

Ermənistanın 21 icmasında yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilibş

Qeyd edək ki, Ermənistanın Mərkəzi Seçki Komissiyası hələlik rəsmi nəticələri açıqlamayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ EFİR! Ümit Özdağın müşaviri canlıda - Bakıya səfərin detalları