Modern.az

Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi

Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi

Dünya

Bu gün, 12:23

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəməndə Husilərə məxsus beş ballistik raket anbarının və dörd raket buraxılış qurğusunun məhv edildiyini açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, koalisiya Yəməndə Husilərin obyektlərinə qarşı hərbi əməliyyat keçirildiyini bildirib. Əməliyyatın məqsədinin təhlükə mənbələrini zərərsizləşdirmək olduğu qeyd edilib.

Koalisiya Husilərin nəzarətində olan ərazilərdə ballistik raketlərin saxlanıldığı beş anbarın və dörd raket buraxılış qurğusunun məhv edildiyini bəyan edib.

Yəməndə husilərlə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumətyönlü ordu arasında hərbi qarşıdurma dörd illik fasilədən sonra iyulun ortalarından etibarən yenidən başlayıb.

Bu müddət ərzində husilər Qırmızı dənizin qərb sahillərinin hamısını, eləcə də Bab əl-Məndəb boğazının yaxınlığında yerləşən şəhərləri ələ keçirə biliblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok xəbərdarlıq! İran vurulacaq - Ordu əmr gözləyir