Modern.az

Almaniya xüsusi təyinatlıları Rusiya ilə qarşıdurmaya hazırlaşır

Almaniya xüsusi təyinatlıları Rusiya ilə qarşıdurmaya hazırlaşır

Dünya

Bu gün, 14:14

Almaniyanın Xüsusi Əməliyyatlar Komandanlığı (KSK) hazırlıq proqramını Rusiya ilə mümkün hərbi qarşıdurmanı nəzərə alaraq yeniləyir.

Modern.az xəbər verir ki, KSK komandiri Andreas Kyune “Bild”ə müsahibəsində bu barədə danışıb.

“Biz konkret olaraq Rusiya timsalında rəqibə qarşı hazırlığa yönəlmişik”, – o bildirib.

Kyunenin sözlərinə görə, əvvəllər əməliyyatlar təxminən üç gün üçün planlaşdırılırdısa, indi hərbçilər çöl şəraitində daha uzun müddət qalmağa hazırlaşdırılır.

Xüsusi təyinatlılar tank, artilleriya, pilotsuz uçuş aparatları və radioelektron mübarizə vasitələrinə malik rəqibə qarşı fəaliyyət üzrə təlimlər keçirlər. NATO-nun şərq cinahına xas şərait nəzərə alınaraq kəskin soyuqda əməliyyat aparmaq bacarıqları da təkmilləşdirilir.

Ştutqart yaxınlığındakı Kalv şəhərində yerləşən KSK-da təxminən 1500 nəfər xidmət edir. Onların üçdəbirini xüsusi təyinatlılar təşkil edir. Bölməyə qəbul üçün seçim mərhələsini namizədlərin yalnız təxminən 15 faizi keçir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
GƏRGİNLİK ARTDI! Öz işinizlə məşğul olun! -Bakıdan İrana sərt cavab