Modern.az

Makron iğtişaşlara görə sosial medianı günahlandırır

Makron iğtişaşlara görə sosial medianı günahlandırır

Dünya

Bu gün, 17:36

Fransa Prezidenti Emmanuel Makron ölkədə baş verən iğtişaşlarda sosial şəbəkələrin əhəmiyyətli rol oynadığını bildirib.

Modern.az xəbər verir ki, Makron son günlərdəki hadisələrə münasibət bildirərkən sosial media platformalarının təsirinə diqqət çəkib.

“Sosial media platformaları son günlər baş verən hadisələrdə əhəmiyyətli rol oynayır”, – deyə Fransa Prezidenti bildirib.

Makron həmçinin noyabrın 7-də iğtişaşlar baxımından riskin yüksək olacağı barədə xəbərdarlıq edib.

Baş nazir Sebastyen Lekornü isə bir aydır davam edən tələbə etirazları fonunda nümayişçilərin tələblərinə “çox konkret cavablar” veriləcəyini vəd edib.

Sizə yeni x var
Keçid et
GƏRGİN MÜZAKİRƏ! Ukrayna savaşı dayandırılır - Qalib kim olacaq?