Modern.az

Suriyada İŞİD düşərgəsinin infrastrukturu məhv edildi

Suriyada İŞİD düşərgəsinin infrastrukturu məhv edildi

Dünya

1 Oktyabr 2015, 23:39

Rusiya aviasiyası Suriyanın İdlib əyalətində İŞİD silahlılarının təlim düşərgəsinin infrastrukturunu dağıdıb.Modern.az  APA-ya istinadən bildirir ki, bunu jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor  İqor Konaşenkov bildirib.   

Onun sözlərinə görə, təyyarələrin Maaret ən Nüumən rayonunda endirdiyi zərbələr nəticəsində düşərgənin infrastrukturu tamamilə dağıdılıb.

“Aviasiya bombasının qeyd olunan obyektdə yerləşən silah-sursat anbarına dəqiq dəyməsi nəticəsində güclü partlayış baş verib. Partlayış silahlılara məxsus tikililəri və avtomobil texnikasını məhv edib”, deyə general qeyd edib.   

  Modern.az

 
Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!