Modern.az

Köməyə ehtiyacı olan azyaşlı xilas edildi - VİDEO

Köməyə ehtiyacı olan azyaşlı xilas edildi - VİDEO

Hadisə

3 İyul 2023, 10:26

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Müşviqabad qəsəbəsində azyaşlının köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

 

FHN-dən Modern.az-a verilən xəbərə görə, məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, 2016-cı il təvəllüdlü azyaşlının barmağında dəmir halqa qalaraq barmağın şişməsinə səbəb olub.

 

Xilasedicilər müvafiq vasitələrdən istifadə etməklə halqanı zərərçəkmişin barmağından təhlükəsiz şəraitdə kəsərək çıxarıblar.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?