Modern.az

Qızılağac Milli Parkında YANĞIN

Qızılağac Milli Parkında YANĞIN

Hadisə

6 Avqust 2023, 18:16

Qızılağac Milli Parkının ərazisində yanğın başlayıb.

 

Bu barədə "Modern.az"a FHN Mətbuat xidmətindən bildirilib.

 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Neftçala rayonu, Qızılağac Milli Parkının ərazisində qamışlıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Hadisə ilə əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki helikopteri cəlb olunub.

 

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!