Modern.az

Lənkəranda daha bir nəfər dənizdə boğuldu

Lənkəranda daha bir nəfər dənizdə boğuldu

Hadisə

9 Avqust 2023, 19:29

Lənkəranda dənizdə bir nəfər boğularaq ölüb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Lənkəran rayonunun Sütəmurdov kəndində, nəzarətsiz çimərlikdə Cəlilabad rayon sakini, 2007- ci il təvəllüdlü Nuran Əlafət oğlu Əmirov batmaq təhlükəsi ilə üzləşib. Yeniyetmə sudan çıxarılıb. Hadisə yerinə təcili tibbi yardım briqadası gəlsə də, N.Əmirovun həyatını xilas etmək mümkün olmayıb.

 

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək