Modern.az

Şamaxıda dağlıq ərazi yanır - YENİLƏNİB

Şamaxıda dağlıq ərazi yanır - YENİLƏNİB

Hadisə

17 Avqust 2023, 18:07

Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

 

FHN-in Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, yanğınsöndürmə işləri mürəkkəb şəraitdə, əsasən əl əməyindən istifadə edilərək həyata keçirilir. Ümumilikdə 7 hektara yaxın ərazidə əsasən, quru ot və kol-kos yanır.

 

Qeyd edək ki, yanğınsöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

 

Əlavə məlumat veriləcək.

 

***

15:25

 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

 

FHN-dən Modern.az-a verilən xəbərə görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

 

Yanğınsöndürmə işləri mürəkkəb relyef şəraitində, əsasən əl əməyindən istifadə edilərək həyata keçirilir.

 

Əlavə məlumat veriləcək.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!