Modern.az

Bakıda 53 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var

Bakıda 53 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var

Hadisə

25 Oktyabr 2023, 18:00

Oktyabrın 25-də saat 17 radələrində paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində 1970-ci il təvəllüdlü Nəcəfov Firdovsi Tofiq oğlunun küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1988-ci təvəllüdlü Əsgərov Adil Xəlil oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

 

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

 

Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Qazaxıstana nota verdi -Azərbaycanlı müğənniyə görə gərginlik