Modern.az

Bu il 26 778 cinayət faktı qeydə alınıb

Bu il 26 778 cinayət faktı qeydə alınıb

Hadisə

27 Oktyabr 2023, 18:12

Daxili işlər orqanları və Daxili Qoşunlar qanunla müəyyən edilmiş vəzifələri cari ilin 9 ayında da layiqincə yerinə yetirib.

 

Modern.az xəbər verir ki, bunu Daxili işlər naziri Vilayət Eyvazov bu ilin 9 ayı ilə bağlı keçirilən kollegiya iclasında deyib.

 

O bildirib ki, ümumi cinayətlərin açılması 86,8 faiz təşkil edib, Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 26.778 cinayətin 88,6 faizi açılıb.

 

Baş Prokurorluqla birgə görülmüş tədbirlərlə keçmiş illərdən bağlı qalmış 336, o cümlədən bir neçə xüsusilə ağır cinayətin açılması təmin edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!