Modern.az

Oğuzda evdən meyit tapıldı

Oğuzda evdən meyit tapıldı

Hadisə

19 Dekabr 2023, 16:40

Oğuzda evdən meyit tapılıb.

 

Modern.az xəbər verir ki, rayonun Qumlaq kənd sakini 1965-ci il təvəllüdlü Eyvaz Mirzə oğlu Qocayevin yaşadığı evdə meyiti aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Məlumata görə, 58 yaşlı E. Qocayev spirtli içkiyə meyilli olub və evdə tək yaşayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!