Modern.az

Hacıqabulda ağır qəza - Ölən və yaralananlar var

Hacıqabulda ağır qəza - Ölən və yaralananlar var

Hadisə

21 Dekabr 2023, 17:12

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var.

 

Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisində “Prado” markalı avtomobil “Qazel”lə toqquşub. Qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb. İki nəfər - Laçın rayon sakinləri, 1995-ci il təvəllüdlü Ağayev Şəfa İmdad oğlu və 1987-ci il təvəllüdlü Məmmədov Dəyanət Məhərrəm oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Yaralılar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Hazırda ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!