Modern.az

Hərbçimizi qətlə yetirən şəxs həbs edildi

Hərbçimizi qətlə yetirən şəxs həbs edildi

Hadisə

29 Yanvar 2024, 19:49

 Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Amil Hümbət oğlu Abdullayevi qətlə yetirməkdə təqsirli bilinən Nizami Eynulla oğlu Abdullayev barəsində hərbi prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə dörd ay müddətində həbs qətimkan tədbiri seçilib.

 

Bu barədə Modern.az-a Hərbi Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

 

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!