Modern.az

Kürdəmirdə anasının başını kəsən şəxs fəhlə işləyirmiş - Bələdiyyə sədri DANIŞDI

Kürdəmirdə anasının başını kəsən şəxs fəhlə işləyirmiş - Bələdiyyə sədri DANIŞDI

Hadisə

9 Fevral 2024, 14:44

Bu gün saat 12 radələrində Kürdəmir rayonunun Şıxımlı kənd sakini 43 yaşlı İlham Alıyev yaşadığı evdə anası, 75 yaşlı Nəsibə Aliyevaya və həmkəndlisi, 1970-ci il təvəllüdlü Vüqar Davud oğlu Məmmədova, daha sonra isə kənd ərazisində digər bir həmkəndlisi, 1980-ci il təvəllüdlü Famil Oqtay oğlu Şükürova kəsici-deşici alətlə xəsarətlər yetirib. Məlumata görə, şəxs anasının başını kəsib.

 

Modern.az hadisənin təfərrüatlarını öyrənmək üçün Şıxımlı kənd bələdiyyəsinin sədri Əmrah Cəlalovla əlaqə saxlayıb.

 

O qeyd edib ki, hazırda cinayətin təfərrüatlarını öyrənmək üçün müvafiq orqanlar hadisə yerinə gəliblər.

 

“Burada 200-300 adam var. Hərə bir söz deyir. Lakin dəqiq heç nə yoxdur. Bu baxımdan nəsə demək mümkün deyil”.

 

Ə.Cəlalov cinayəti törətməkdə şübhəli şəxslə bağlı da danışıb: “Orada-burada fəhləlik məşğul olurdu. Kənd arasında elə sakinlərdən biri kimi tanınır”.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər