Modern.az

Bir ay əvvəl atasını qətlə yetirən şəxs öldü

Bir ay əvvəl atasını qətlə yetirən şəxs öldü

Hadisə

16 Fevral 2024, 13:34

Şirvanda bir ay əvvəl atasını qətlə yetirən şəxs ölüb.

 

Modern.az xəbər verir ki, bu ilin yanvarın 8-də 74 yaşlı atasını qətlə yetirən Şirvan sakini, 1979-cu il təvəllüdlü Seymur Allahverdi oğlu Şərifov barəsində Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Seymur Şərifov barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

 

Həbsdə olan S.Şərifovun ötən gün xəstəlikdən öldüyü bildirilir.

 

S.Şərifov bu gün Şirvanda dəfn edilib.(APA)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər