Modern.az

Şabranda iki maşın toqquşdu - Yaralılar var

Şabranda iki maşın toqquşdu - Yaralılar var

Hadisə

18 Mart 2024, 23:51

Şabranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Şabran rayonunun Sincanboyad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

“Tayota” markalı minik maşını nasazlıq səbəbindən yolun kənarında dayanan “VAZ 21019” markalı avtomobillə toqquşub. Qəza nəticəsində yaralanan iki nəfər təcili tibbi yardım maşını ilə Şabran Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar