Modern.az

“QAZ – 66” velosipedçini vurdu

“QAZ – 66” velosipedçini vurdu

Hadisə

2 İyun 2024, 20:12

Astara rayonunda “QAZ – 66” markalı yük maşını 14 yaşlı velosipedçini vurub.

 

Modern.az xəbər verir ki, hadisə Astara rayonunun Züngüləş kəndində baş verib. Hərəkətdə olan “QAZ – 66” markalı yük maşını velosipedlə hərəkətdə olan Ərçivan qəsəbə sakinini vurub. Qəza nəticəsində yeniyetmə ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan yeniyetmə dərhal əməliyyata götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?