Modern.az

Binədə 59 yaşlı piyadanı maşın vurub ÖLDÜRÜB

Binədə 59 yaşlı piyadanı maşın vurub ÖLDÜRÜB

Hadisə

1 Aprel 2025, 09:12

Bakıda avtomobil qadını vuraraq öldürüb.

Modern.az xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində qeydə alınıb.

1996-cı il təvəllüdlü Elçin Qəhrəmanov idarə etdiyi "VAZ 21 010" markalı avtomobillə 1966-cı il təvəllüdlü Xatirə Məmmədovanı vurub.

Qadın xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Xatirə Məmmədova ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var