Modern.az

Sərxoş sürücü piyadanı vuraraq hadisə yerindən qaçdı

Sərxoş sürücü piyadanı vuraraq hadisə yerindən qaçdı

Hadisə

1 Aprel 2025, 09:24

Bakıda sərxoş sürücü piyadanı vuraraq öldürüb. Sürücü hadisə yerindən qaçıb.

Modern.az xəbər verir ki, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Şamxal Şirinov idarə etdiyi BMV markalı avtomobillə Bahar Əsgərovanı vuraraq hadisə yerindən qaçıb. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.

Hadisəni törədən şəxs tutularaq istintaqa təhvil verilib. Faktla bağlı iki maddə üzrə cinayət işi başlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var