Modern.az

Bakıda uşaq bağçasında YANĞIN

Bakıda uşaq bağçasında YANĞIN

16 Aprel 2025, 10:19

Paytaxtdakı 332 nömrəli körpələr evi-uşaq bağçasında məhdud hissədə yanğın baş verib.

Bu barədə Modern.az-a Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilib və yanğının yayılmasının qarşısı alınıb.

Bağçadakı uşaqların və işçilərin, həmçinin yaxın ərazidə yerləşən 162 nömrəli tam orta məktəbin şagird və müəllim kontingentinin təhlükəsizliyi təmin olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat