Modern.az

Xaçmazda zəncirvari qəza - 4 nəfər yaralandı

Xaçmazda zəncirvari qəza - 4 nəfər yaralandı

18 Aprel 2025, 10:08

Aprelin 18-i səhər saatlarında Xaçmazda zəncirvari qəza baş verib.

Modern.az AzərTac-a istinadən xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində BMW, "Mercedes" və "Opel" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat