Modern.az

Şamaxıda ağır qəza - ölən var

Şamaxıda ağır qəza - ölən var

Hadisə

10 Fevral 2026, 20:58

Şamaxıda avtomobilin ağaca çırpılması nəticəsində sərnişinlərdən biri ölüb.

Modern.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Şamaxı avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan zaman “Niva” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 66 yaşlı Qabil Sərkərov ağır bədən xəsarətləri alıb və o xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. (APA)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Çörək bahalaşdı, pensiyalar bu qədər artır - Xəbəriniz Var?