Modern.az

Ağdaşda avtomobil aşıb, dörd nəfər xəsarət alıb

Ağdaşda avtomobil aşıb, dörd nəfər xəsarət alıb

Hadisə

11 Fevral 2026, 01:32

Ağdaşda avtomobilin aşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Ağdaş ərzindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan zaman “Chevrolet” markalı minik avtomobili idarəetməni itirərək aşıb.

Nəticədə avtomobildə olan dörd nəfər müxtəlif dərəcədə bədən xəsarətləri alaraq Ağdaş Rayon Mərkəzi Xəstəxanasına və Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan 1969-cu il təvəllüdlü Şəmkir rayon sakini Mehdiyeva Şahidə və daha bir sərnişin xəstəxanaya yerləşdiriliblər.

Digər iki sərnişin isə ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Çörək bahalaşdı, pensiyalar bu qədər artır - Xəbəriniz Var?