Modern.az

Ağsu yolunda buzlaşma - İki maşın aşdı

Ağsu yolunda buzlaşma - İki maşın aşdı

Hadisə

11 Fevral 2026, 11:56

Yağan qardan sonra temperaturun aşağı düşməsi Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində buzlaşmaya səbəb olub.

Modern.az xəbər verir ki, hazırda yolun sərt döngəli, enişli-yoxuşlu əraziləri təhlükəli olaraq qalır. Buzlaşma səbəbindən iki avtomobil yoldan çıxaraq aşıb. Xoşbəxtlikdən hadisə nəticəsində ölən və xəsarət alan yoxdur.

16 saylı Yol İstismar MMC-nin əməkdaşı Qərib Dünyamalıyev bildirib ki, gecə saatlarından etibarən əraziyə texnika və canlı qüvvə cəlb olunub. Onun sözlərinə görə, yollara qum-duz qarışığı səpilir, zəruri tədbirlər həyata keçirilir, əməkdaşlar növbəli şəkildə xidmət aparırlar.

Qeyd olunub ki, qurumun xidmət etdiyi ərazi əsasən 143–156-cı kilometrləri, o cümlədən Ağsu aşırımı hissəsini əhatə edir. Hazırda hər iki istiqamətdə texnikalar işləyir və hərəkət nəzarət altındadır.

Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan verilən məlumata görə, hərəkətin təhlükəsiz və fasiləsiz təmin olunması məqsədilə ərazidə polis gücləndirilmiş iş rejimində xidmət aparır və zəruri tədbirlər görülür. (AzərTac)

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Raketlər İrana tuşlandı - Hücum başlayır - Xəbəriniz Var?