Modern.az

Kollecdə atışma: 3 nəfər güllələndi

Kollecdə atışma: 3 nəfər güllələndi

Hadisə

11 Fevral 2026, 15:47

Rusiyanın Anapa şəhərindəki kollecin yaxınlığında atışma baş verib.

Modern.az xəbər verir ki, Krasnodar diyarı Səhiyyə Nazirliyinə istinadən məlumat verir ki, 3 nəfər yaralanıb. İnsident Promışlennaya küçəsindəki sənaye kollecin yaxınlığında baş verib.

Atışmada şübhəli bilinən şəxs saxlanılıb. Onun 17 yaşında olduğu və avtomobil mexaniki kimi təhsil aldığı məlumdur.

Həmçinin iddia olunur ki, ən ağır xəsarət alan şəxs kollecin mühafizəçisi olub və atıcı ona ilk hücum edib.

Sizə yeni x var
Keçid et
İran Bakını müharibə ilə hədələdi