Modern.az

Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edildi

Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edildi

Hadisə

12 Fevral 2026, 09:14

Sabiq deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya edilib.

Modern.az xəbər verir ki, bununla bağlı məlumatı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı sosial mediada yazıb.

Məlumata görə, G.Hacıbəyli Azərbaycana gətirildikdən sonra həbs olunmayıb, hazırda azadlıqdadır.

Məsələ ilə bağlı hələ ki rəsmi açıqlama yoxdur.

Xatırladaq ki, Gültəkin Hacıbəyli 2025-ci il noyabr ayının 29-da Türkiyədə saxlanılaraq əvvəlcə Arnavutköy Geri Göndərmə Mərkəzinə aparılmış, daha sonra Çatalca Geri Göndərmə Mərkəzinə göndərilmişdi. İstanbul İdarə Məhkəməsi onun barəsində 5 il müddətinə Türkiyədən deportasiya olunması ilə bağlı qərar çıxarmışdı.

Gültəkin Hacıbəylinin adı "Ramiz Mehdiyev işi"ndə hallanır. İddialara görə, o, AXCP sədri Əli Kərimli ilə birgə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhd planında yer alıb.

Gültəkin Hacıbəylinin "Ramiz Mehdiyev işi" ilə bağlı istintaqa cəlb olunub-olunmayacağı, barəsində hər hansı qətimkan tədbirinin çıxarılıb-çıxarılmayacağı yaxın günlərdə məlum olacaq.

AXCP sədri Əli Kərimli "Ramiz Mehdiyev işi" çərçivəsində istintaqa cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
HAZIRLIQ BİTDİ! İran belə VURULACAQ - Xəritə yayıldı