Modern.az

Od çərşənbəsi yanğınlara səbəb olub - RƏSMİ

Od çərşənbəsi yanğınlara səbəb olub - RƏSMİ

Hadisə

Bu gün, 11:30

Od çərşənbəsi zamanı çərşənbə tonqalı səbəbindən iki yanğın hadisəsi olub.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin şöbə müdirinin müavini Ehtiram Xəlilov bildirib.

"03.03.2026-cı il tarixində çərşənbə tonqalı ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən 2 yanğın hadisəsinə çıxış olub və yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qəsa müddətdə söndürülərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb",- deyə E.Xəlilov qeyd edib.

Sizə yeni x var
Keçid et
Xameneinin oğlu da ÖLDÜRÜLƏCƏK! - Yeni əməliyyat başladı