Modern.az

Qara dənizdə azərbaycanlı dənizçilərin olduğu gəmi VURULDU

Qara dənizdə azərbaycanlı dənizçilərin olduğu gəmi VURULDU

Hadisə

Bu gün, 15:21

İyulun 21-də Qara dənizdə, Odessa limanı yaxınlığında "GN Group"a məxsus "Lady Zehma" quru yük gəmisi dron hücumuna məruz qalıb.

Modern.az xəbər verir ki, bu barədə "GN Group" şirkətinin rəsmi açıqlamasında bildirilib.

Məlumatda qeyd edilib ki, gəminin heyəti 22 nəfərdən ibarət olub. Onlardan 19-u Azərbaycan, 1-i Türkiyə, 1-i Ukrayna, 1-i isə Misir vətəndaşıdır.

Bildirilib ki, hücum nəticəsində heyət üzvlərinin hamısı sağ qalıb və onlardan heç biri xəsarət almayıb.

"GN Group Corporation" şirkəti də "Lady Zehma" quru yük gəmisinin pilotsuz uçuş aparatı (PUA) və raket hücumuna məruz qalması ilə bağlı faktı təsdiqləyib.

"GN Group Corporation"un Mətbuat xidmətindən Modern.az-a hadisənin təfərrüatları açıqlanıb.

Bildirilib ki, hücum nəticəsində gəmi müəyyən zədələr alsa da, heyət üzvləri arasında xəsarət alan olmayıb və gəmi öz hərəkət qabiliyyətini qoruyaraq səfərini davam etdirib.

Panama bayrağı altında üzən "Lady Zehma" yük gəmisində 22 heyət üzvü olub. 

Şirkətin açıqlamasında o da əlavə edilib ki, gəmi tam əməliyyat vəziyyətindədir, əsas mühərrik, sükan və naviqasiya sistemləri normal işləyir. Həmçinin ətraf mühitin çirklənməsi və ya yanacaq sızması qeydə alınmayıb.

"GN Group Corporation" bir daha təsdiqləyib ki, gəmidə olan bütün 22 heyət üzvü, o cümlədən 19 azərbaycanlı dənizçi təhlükəsiz vəziyyətdədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr