Modern.az

Traktor elektrik dirəyinə çırpıldı, 1 nəfər öldü

Traktor elektrik dirəyinə çırpıldı, 1 nəfər öldü

Hadisə

27 İyul 2026, 11:24

Ağcabədi rayonunun Qaraxanlı kəndində ölümlə nəticələnən hadisə baş verib.

Modern.az xəbər verir ki, 1993-cü il təvəllüdlü Tahir Əliyevin idarə etdiyi traktor elektrik dirəyinə çırpılıb.

Hadisə zamanı traktorun pilləkənində dayanan həmkəndlisi Faiz Rzayev müvazinətini itirərək təkərin altında qalıb və ağır xəsarətlər alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və Faiz Rzayev xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...